AZ

Səhv ayaqqabı seçimi sağlamlıq üçün təhlükə yaradır

ain.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yay aylarında sandal və açıq ayaqqabıların istifadəsi artır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün seçilməyən ayaqqabılar xüsusilə şəkərli diabet xəstələri üçün ciddi risklər yaradır. Ayaq sağlamlığını qorumaq və yayın narahatlıqsız keçməsi üçün bəzi məqamlara diqqət yetirmək vacibdir.

Qaynarinfo-nun məlumatına görə, ortopediya və travmatologiya üzrə mütəxəssis, operativ həkim Serkan Akçay bildirib ki, isti hava, tərləmə, yalın ayaq gəzmək və uyğun olmayan ayaqqabı seçimi diabetik ayaq xəstələrində yaraların yaranmasını asanlaşdırır:

"Yay aylarında göbələk və infeksiya riski artır. Diyabet xəstələri bu dövrdə xüsusilə diqqətli olmalıdır".

Diqqət edilməli məqamlar

* Günəş yanığı riski: Yanıqlar yara əmələ gəlməsinə səbəb ola bilər. Sinir zədələnməsi olan xəstələr isti zəminin yaratdığı yanıqları hiss etməyə bilərlər.

* Dərinin quruluğu: Yetərli maye qəbulu ilə dərinin quruması və çatlamasının qarşısı alınmalıdır.

* Gündəlik nəzarət: Ayaqlar hər gün yara, qızartı, su toplaması və rəng dəyişməsi baxımından yoxlanmalı, ayaq altını görmək üçün güzgüdən istifadə edilməlidir.

* Təmizlik: Ayaqlar ilıq su ilə yuyulmalı, barmaq araları yaxşıca qurulanmalıdır.

Mütəxəssisin tövsiyələri

* Çılpaq ayaqla gəzməyin: Dəniz kənarında, hovuz ətrafında və ya bağda diabetik terlik və ya qapalı ayaqqabıdan istifadə edin.

* Düzgün ayaqqabı seçin: Nəfəs alan, tikişsiz və ortopedik ayaqqabılar üstünlük təşkil etməlidir.

* Yeni ayaqqabını əvvəl evdə sınayın: Uzun müddət geyinmədən əvvəl qısa müddət istifadə edərək ayağın öyrəşməsini təmin edin.

* Pambıq corab geyinin: Tikişsiz corablar seçilməli və hər gün dəyişdirilməlidir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
qaynarinfo.az

1Mənbələr