Amerikalı mühafizəkar fəal Çarli Kirki öldürməkdə şübhəli bilinən Yuta ştatının 22 yaşlı sakini Tayler Ceyms Robinson təqsirini etiraf etməkdən və istintaqla əməkdaşlıqdan imtina edir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Yuta ştatının qubernatoru Spenser Koks bildirib.
Ağır qətl törətməklə yanaşı, o, qanunsuz silah saxlamaqda və ədalət mühakiməsinə mane olmaqda da ittiham olunur.
Xatırladaq ki, 31 yaşlı Kirk sentyabrın 10-da Orem Universitetində (Yuta) çıxışı zamanı güllələnib. O aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Mühafizəkar fikirlərə malik olan fəal Tramp tərəfdarı olub.
Qətli törətməkdə şübhəli bilinən Yuta sakini Tayler Ceyms Robinson sentyabrın 11-də hakimiyyət orqanlarına təhvil verilib. Tramp bu işdə Robinsonun günahkar bilinəcəyinə və edam cəzasına məhkum ediləcəyinə ümid etdiyini bildirib.
"Cebheinfo.az"