Azərbaycan Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında ilk medalını qazanıb. 

Offsideplus.az xəbər verir ki, 61 kq. çəki dərəcəsində mübarizə aparan Nürəddin Novruzov bürünc medala yiyələnib. İdmançımız Şimali Koreya təmsilçisi Kum Kim ilə üz-üzə gəlib.

Sərbəst güləşçimiz rəqibinə "tuş"la qalib gələrək yığmamızın adına ilk medalı əldə edib.