AZ

“Liverpul” 3 xalı tək qolla qazandı

İngiltərə Premyer Liqasının 4-cü turunda “Liverpul” səfərdə “Bernli”yə qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın yeganə qolunu 90+5-ci dəqiqədə Məhəmməd Salah penaltidən vurub. Meydan sahibləri 84-cü dəqiqədən etibarən azlıqda qalıb – ikinci sarı vərəqə alan Lesli Uqoçukvu meydandan qovulub.

Arne Slotun rəhbərliyi altında mövsümə uğurlu başlayan “Liverpul” ardıcıl dördüncü qələbəsini qazanaraq 12 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Skott Parkerin çalışdırdığı “Bernli” isə cəmi 3 xalla 17-ci pillədədir.

Növbəti turda, sentyabrın 20-də “Liverpul” doğma meydanda “Everton”u qəbul edəcək. Həmin gün “Bernli” isə “Nottingem Forest”lə ev oyununa çıxacaq.

Seçilən
25
90deqiqe.az

1Mənbələr