Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.
Publika.az xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.
Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq.
2025/2026-cı tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.
Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub.