AZ

Vadefuhl: Rusiyaya cavab verəcəyik

BAKI, 15 sentyabr. TELEQRAF

NATO ölkələri alyansın şərq cinahını daha da gücləndirməli və Rusiyaya təzyiqi artırmalıdır.

Teleqraf xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Yohann Vadefuhl yerli ZDF telekanalına müsahibəsində bildirib.

“Rusiya bilməlidir ki, biz həmişə cavab verəcəyik”, - o, Polşa və Rumıniyada pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentləri şərh edərkən bildirib.

Nazirin sözlərinə görə, NATO üçün alyansın sərhədlərində müdafiə imkanlarını yaxşılaşdırmaq vacibdir.

“Bu, ilk növbədə, daha yaxşı və daha sürətli reaksiya verə bilən hava hücumundan müdafiəni nəzərdə tutur. Bunun üçün bizim Yunanıstanda, İspaniyada müdafiə sistemlərimiz var. Biz onları birbaşa NATO-nun şərq cinahına göndərmək barədə düşünməliyik”, - Vadefuhl bildirib.

Seçilən
44
teleqraf.com

1Mənbələr