AZ

Türkiyə əsilli şəxs Almaniyanın əks-kəşfiyyatına rəhbər təyin olunub

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt Türkiyə əsilli Almaniya vətəndaşı Sinan Seleni daxili kəşfiyyata nəzarət edən Konstitusiyanın Müdafiəsi İdarəsinin rəisi təyin edib. 

Missiya.Az xəbər verir ki, bu barədə alman mətbuatı məlumat yayıb.

Bildirilib ki, Selen sentyabrın 15-dən etibarən yeni vəzifəsinin səlahiyyətlərini icra edəcək. 

Qeyd olunub ki, Selenin Konstitusiyanın Mühafizəsi İdarəsinin rəhbəri təyin edilməsi Almaniyada ilk dəfə mühacir mənşəli bir şəxsin təhlükəsizliklə bağlı dövlət qurumuna rəhbər təyin edilməsidir.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
53
missiya.az

1Mənbələr