AZ

45 illik evdar qadından paltaryuyan maşın sirri: Geyimlərin arasına 1 dənə atın, fərqi görün

Dəfnə yarpağı əsrlərdir həm mətbəxdə, həm də sağlamlıq sahəsində istifadə olunan şəfalı bitkilər arasında yer alır. Ancaq bu təbii məhsulun yalnız yeməklərə ətir verməklə kifayətlənmədiyi, həm də paltaryuyan maşınlarda böyük fayda verdiyi məlum olub. 45 illik evdar qadın, dəfnə yarpağını paltar yuyulmasında istifadə etməyin sirlərini bölüşüb.

News24.az-ın məlumatına görə, antibakterial və antifungal xüsusiyyətlərə malik dəfnə yarpağı, paltaryuyan maşında yuyulma zamanı geyimlərdəki pis qoxuları aradan qaldırır. Parçaların daha təzə və yumşaq qalmasını təmin etməklə yanaşı, tamburda yarana biləcək kir və qoxuların da qarşısını alır. Daimi istifadədə həm geyimlər, həm də maşın qorunmuş olur.

Mütəxəssislərə görə, dəfnə yarpağı paltaryuyan maşının ömrünü uzadır və cihazın daha səmərəli işləməsinə kömək edir. Beləliklə, həm qənaətcil, həm də təbii bir həll yolu təklif olunur.

Dəfnə yarpağını paltaryuyan maşında istifadə etmək olduqca sadədir. Yuyulmaya başlamazdan əvvəl 1-dən 3-ə qədər yarpaq birbaşa tambura qoyula bilər. Yarpaqların parçalanmaması üçün onların kiçik parça torba və ya şəbəkə (file) içində istifadəsi məsləhət görülür.

Seçilən
62
news24.az

1Mənbələr