AZ

"Qarabağ"ın rəqibi 3 xalı son dəqiqələrdə əldən verdi - VİDEO

İngiltərə Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Çelsi" "Brentford"un qonağı olub və görüş 2:2 hesabı ilə başa çatıb.

"Çelsi" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. 4-cü tur çərçivəsində "Çelsi" Bakıya səfər edəcək.

5 noyabr tarixində keçiriləcək görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

“Brentford” – “Çelsi” 2:2
Qollar:
Şade 35, Karvalyo 90+3 - Palmer 61, Kaysedo 85

Seçilən
36
sportinfo.az

1Mənbələr