AZ

“Emmi” mükafatında ən yaxşı dramatik serial bəlli olub

“Pitt Xəstəxanası” ən yaxşı dramatik serial nominasiyasında qalib gəlib, komediya nominasiyasında isə “Kinostudiya” zirvəyə yüksəlib...

Poliqon xəbər verir ki, ABŞ-ın nüfuzlu televiziya mükafatı olan **“Emmi”**nin “Ən yaxşı dramatik serial” nominasiyasında qalib “Pitt Xəstəxanası” (“The Pitt”, 2025) serialı olub. Layihə Pitsburq şəhərində təcili tibbi yardım həkimlərinin gündəlik həyatını və çətin mübarizəsini əks etdirir. Təntənəli mükafatlandırma mərasimi CBS telekanalı vasitəsilə canlı yayımlanıb.

Bu nominasiyada həmçinin “Slow Horses” (2022 – davam edir), “Severance” (2022 – davam edir), “Paradise” (2025), “The Last of Us” (2023 – davam edir), “Andor” (2022–2025), “The Diplomat” (2023 – davam edir) və “The White Lotus” (2021 – davam edir) serialları mübarizə aparırdı.

Digər əsas nominasiyalarda isə “Ən yaxşı komediya serialı” mükafatını “Kinostudiya” (“The Studio”, 2025), “Ən yaxşı mini-serial” mükafatını isə “Perehodnıy vozrast” (“Adolescence”, 2025) qazanıb.

Bundan başqa, “Kinostudiya” layihəsindəki rolu ilə tanınan aktyor Seth Rogen “Ən yaxşı kişi rolu”na görə fərqlənib. O, həmçinin Evan Goldberg ilə birlikdə həmin seriala görə “Ən yaxşı komediya rejissoru” mükafatını da əldə edib.

“Ən yaxşı məhdud serial və ya antologiya rejissoru” nominasiyasında qalib isə Philip Barantini olub. O, “Adolescence” mini-serialına görə mükafata layiq görülüb.

Qeyd edək ki, “Severance” (“Razdeleniye”) serialı builki “Emmi” mükafatında ən çox nominasiya qazanan layihə olmuşdu.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr