AZ

Mütəxəssislər: Kişilərin reproduktiv sağlamlığı təhlükə altındadır

Doktor Novikov: Kişilərin doğuş nisbəti demək olar ki, yarıya enib.

E-saglam.az xəbər verir ki, Son onilliklərdə kişilərin sağlamlıq göstəriciləri kəskin şəkildə pisləşib. Əgər 20-ci əsrin ortalarında norma millilitrdə 40 milyon sperma konsentrasiyası sayılırdısa, bu gün aşağı hədd 13 milyona düşüb. Sperma morfologiyası da zəifləyib: 80-ci illərdə 50% hüceyrə sağlam olduqda “normal” sayılırdı, indi cəmi 4% kifayətdir.

Androloq, PhD, Androexpert kişi sonsuzluğunun müalicəsi mərkəzinin təsisçisi Yelena Novikova Gazeta.Ru-ya açıqlamasında bildirdi ki, bu dəyişikliklərdə həm ekologiya, həm də tibbi normativlərin daralması rol oynayır.

Mütəxəssisin sözlərinə görə, kişilərin məhsuldarlığına gündəlik vərdişlər təsir edir: cibdə telefon gəzdirmək, diz üstündə noutbuk, oturacaq qızdırıcıları, tez-tez sauna istifadəsi. Xroniki stress də hormonal fonu dəyişdirərək reproduktiv funksiyaya mənfi təsir göstərir. Bundan əlavə, bəzi dərmanlar, o cümlədən antidepresanlar, trankvilizatorlar və idman əlavələri də spermatogenezi zəiflədir. Exogen testosteron qəbul edənlərin 95%-ində spermatogenez bloklanır.

Araşdırmalara görə, bel ətrafına 5 sm əlavə olunması sperma sayını 6,3%, hamilə qalma şansını isə 9% azaldır. Çünki piy toxuması iltihablı molekullar istehsal edir və testosteron səviyyəsini salır.

Novikova vurğulayır ki, təkcə sperma sayı deyil, hərəkətlilik də önəmlidir. Spermatogenez heç vaxt dayanmır, lakin yaş artdıqca hüceyrələrin keyfiyyəti və genetik sabitliyi azalır.

Həkimlər kişilərə 20 yaşdan etibarən ilk reproduktiv müayinədən keçməyi, sağlamlıq pasportu yaratmağı və lazım gəlsə spermanı kriokonservasiya etməyi tövsiyə edir.

Ekspert bildirir: son 25-30 ildə kişilərin məhsuldarlıq göstəriciləri iki dəfə azalıb, atalıq yaşı isə 10-15 il irəliləyib. Amma müntəzəm müayinələr, çəkiyə nəzarət və pis vərdişlərdən imtina vəziyyəti yaxşılaşdırmağa kömək edə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
7
e-saglam.az

1Mənbələr