AZ

Çin alimləri qocalmanı ləngidə bilən eksperimental inyeksiya hazırlayıb

Bakı. Trend:

Çinli tədqiqatçılar orqanizmin qocalma prosesini ləngidə biləneksperimental inyeksiyanı uğurla sınaqdan keçiriblər.

Trend xəbər verirki, işin nəticələri "Cell" jurnalında dərc olunub.

Yeni dərman immunitet sistemini aktivləşdirərək toxumalardatoplanan və fəaliyyətini pozan qocalmış hüceyrələri məhv etməyihədəfləyir. Tədqiqat zamanı genetik modifikasiya edilmiş kökhüceyrələrin tətbiqi açıq cavanlaşdırıcı təsir göstərib.

12 həftəlik testlərdə beyin fəaliyyəti, yaddaş, əzələ toxuması,reproduktiv funksiya və daxili orqanlarda irəliləyişlər müşahidəolunub. Xarici əlamətlər də qeydə alınıb – dərinin və saçlarınbərpası qeyd edilib. Alimlər bu effekti təxminən 7 illik"cavanlaşmaya" bərabər tuturlar.

Tədqiqatçılar bildirirlər ki, iş hələ erkən mərhələdədir vəyanaşmanın effektivliyi ilə təhlükəsizliyini təsdiqləmək üçün dahageniş klinik sınaqlara ehtiyac var.

Seçilən
75
az.trend.az

1Mənbələr