AZ

İran Milli Təhlükəsizlik Şurası MAQATE ilə razılaşmanı təsdiqlədi

İranın Ali Milli Təhlükəsizlik Şurasının nüvə komitəsi İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əvvəl imzalanmış razılaşmanın müddəalarını təsdiqləyib. IRNA agentliyinin məlumatına görə, razılaşma İsfahan, Natanz və Fordo şəhərlərindəki üç nüvə obyektində əməkdaşlığı əhatə edir.

Qeyd olunur ki, əgər İran və onun nüvə obyektlərinə qarşı düşmən addımlar atılarsa, o cümlədən 2015-ci il nüvə sazişinə əsasən ləğv edilmiş BMT sanksiyaları bərpa olunarsa, razılaşmanın icrası dayandırıla bilər.

Xatırladaq ki, sentyabrın 9-da İranın xarici işlər naziri Abbas Araqçi və MAQATE-nin direktoru Rafael Qrossi Qahirədə bu ilin iyununda İsrail və ABŞ-nin üç İran nüvə obyektinə hava zərbələrindən sonra dayandırılmış əməkdaşlığın bərpası barədə razılaşma imzalayıblar.

Seçilən
19
banker.az

1Mənbələr