AZ

Türk əsilli şəxs Almaniya əks-kəşfiyyatına rəhbərlik edəcək


Almaniyada türk əsilli Sinan Selen ölkədə əks-kəşfiyyat funksiyalarını yerinə yetirən Konstitusiyanın Müdafiəsi Federal İdarəsinin yeni rəhbəri təyin olunacaq. Bu barədə nüfuzlu "Bild" nəşri məlumat yayıb. Xristian Demokrat və Xristian Sosial Birlik bloklarının və Almaniya Sosial Demokrat Partiyasının parlament fraksiyasındakı mənbələrdən qəzetə bildirilib ki, bu gün Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt Zelenin təyinatı barədə qurumun işçilərinə məlumat verəcək. "Bild" nəşrinin yazdığına görə bu təyinat Almaniya siyasi dairələrində müxtəlif müzakirələrə səbəb olub. Mətləb
Seçilən
16
1
baki-xeber.com

6Mənbələr