AZ

Tramp bu ölkəni təhdid etdi: Hücumlar davam edəcək

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Venesuelanı təhdid edib.

Publika.az xəbər verir ki, Tramp Nyu-Yorkdan Vaşinqtona qayıdan təyyarədə cari hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

O bəyan edib ki, ABŞ və Venesuela arasında gərginliyə səbəb olan narkotik kartelləri ilə mübarizə üçün Karib hövzəsinə göndərilən Amerika dəniz qüvvələri öz missiyalarını davam etdirəcək:

"Venesueladan çoxlu narkotik gəlir. Lakin biz onları sərhəddə uğurla dayandırırıq. Bu tədbirlər həm narkotik, həm də quldur qrupları ilə mübarizə üçün həyata keçirilir. Karib hövzəsində narkotiklə əlaqəli gəmilər aşkar edildiyi üçün hücumlar davam edəcək”.

Seçilən
72
publika.az

1Mənbələr