AZ

Gəncədə 24 nömrəli məktəbin əsaslı təmirdən sonra açılışı olub

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gəncə şəhər 24 nömrəli tam orta ümumtəhsil məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə Təhsilinin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Səməd Tomuyev, Yeni Azərbaycan Partiyası Gəncə təşkilatının sədri Bayram Hacıyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarə əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Bildirilib ki, məktəb 1176 şagird yerlikdir. Tədris binasında 55 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, 3 informatika otağı, kitabxana, 270 nəfərlik akt zalı, idman zalı, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var. Məktəbdə 897 şagird təhsil alır. Təhsil müəssisəsinin 81 nəfər pedaqoji, 16 nəfər texniki işçisi var.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
5
baku.ws

6Mənbələr