AZ

Bir həftə əvvəl istefaya göndərilən məşqçi yenidən Premyer Liqaya qayıdır

"Nottingem Forest"in keçmiş baş məşqçisi Nunu Eşpiritu Santu yenidən İngiltərə Premyer Liqasına qayıda bilər. 

Fanat.Az xəbər verir ki, ötən həftə postundan qovulan portuqaliyalı mütəxəssis "Vest Hem"i çalışdırmağa əsas namizəddir.

İnformasiyanı jurnalist Alan Nikson yayıb. Mənbənin məlumatına görə, London klubunun rəhbərliyi uğursuz çıxış edən komandanın baş məşqçisi Qrem Potteri işdən çıxarmağa hazırlaşır. Bu baş versə, Santu ilk namizəd olacaq. 

"Vest Hem" Premyer Liqanın dörd turundan sonra 3 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Nunu Eşpiritu Santu 2023-cü ilin dekabrından "Nottingem Forest"in baş məşqçisi idi. Onun gedişindən sonra hələ də boş qalan posta əsas namizəd Ange Postekoğlu hesab edilir, həmçinin Joze Mourinyu variantı da nəzərdən keçirilir.

Mirağa

Seçilən
35
fanat.az

1Mənbələr