AZ

Martirosyan: Azərbaycan Ordusu bu döyüşündən sonra...

Məğlubiyyətin qiyməti var. 2022-ci ilin sentyabr müharibəsinin siyasi nəticələri hərbi nəticələrdən az faciəli olmadı.

Olaylar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ictimai xadim Vahram Martirosyan yazıb.

Onun sözlərinə görə, məhz Cermuk döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə Ermənistanı Qarabağın üzərində rəsmi Bakının suverenliyini tanımağa məcbur edib:

"Bu döyüşdə məğlub olan tərəf (Ermənistan - red.) bir neçə həftə sonra Praqada "artsax"ı (keçmiş qondarma rejim - red.) Azərbaycanın bir hissəsi kimi tanıyaraq Cermuk müharibəsini dayandırmağın bədəlini ödədi".

"Qarabağ Cermukda təslim edildi. Onlar üçün bu, sadəcə olaraq, "döyüşdən sonrakı döyüş" idi. Biz bu döyüşü dayandırmağın bədəlini ödədik", - Martirosyan vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatlara Azərbaycan Ordusu adekvat cavab verib. Döyüşlər zamanı Ermənistan tərəfi azı 300-ə qədər hərbi qulluqçu, xeyli sayda texnika itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
5
olaylar.az

6Mənbələr