AZ

Bilik Günündə Balaxanıdan Berkliyə uzanan yol Foto

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sanki bir il əvvəl yox, dünən idi... Sabunçu rayonunda yerləşən “üç əsrin şahidi” - 67 nömrəli tam orta məktəbdə daha bir tədris ili başlayırdı.

“Balakhani Operating Company LTD” hasilat şirkəti XIX əsrin sonunda Azərbaycan Neft Sənayedarlarının təşəbbüsü ilə təsis edilən bu məktəbə sələflərinin himayədarlıq ənənəsini davam etdirərək qonaq gəlib. Məktəbə Azərbaycan və dünya ədiblərinin klassik əsərlərindən ibarət geniş kitab kolleksiyası ayrıca guşə şəklində hədiyyə olunurdu.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra 11-ci sinif şagirdlərindən biri şirkət prezidenti Rövşən Rzayevə yaxınlaşdı: “Mən sizə öz kitabımı hədiyyə etmək istəyirəm. Ümid edirəm bir gün mən də sizin kimi ABŞ-də təhsil alacağam, mən də Harvard məzunu olacağam”. 

Rövşən Rzayev məktəblini təbrik etdi və soruşdu: “Kitab nə barədədir?”

“Adı “Old Chap Rudy”. İngiliscə yazmışam. Rudy köhnə radiodur. Restoranın vitrinində eksponat kimi saxlanılsa da, ruhu ilə dünyanı dolaşır”.

“Sən Rudy-dən fərqli olaraq dünyanı bilik axtraşında özün dolaşmalısan”.

Onda bu qeydə təbəssümlə cavab verən 67 nömrəli məktəbin şagirdi Cəmil Şirinov düz bir il sonra tədris ilini, doğurdan da, ABŞ-də başlayır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramının” qalibi kimi Cəmil dünyanın top 10 nüfuzlu ali təhsil ocaqlarından biri, “Kaliforniyanın Berkeley Universiteti”nin Kompüter elmləri fakültəsinin tələbəsi adını qazanıb. O, olduqca rəqabətcil beynəlxalq qəbul prosesinin qalibi kimi dünyaşöhrətli azərbaycanlı professor Lütfi Zadənin bir vaxtlar dərs dediyi sinif otaqlarında oxuyacaq.

Müəllifi olduğu kiçik kitabın arxasında Cəmil Şirinov yazırdı: “Mən, gələcəyin mühəndisi, romantiki və xəyalpərəstiyəm. Özümə və arzularıma inanıram”.

Cəmil kimi bu gün dərs ilinə başlayan minlərlə məktəbliyə də belə xəyalpərəst olmağı arzu edirik. Bilin ki, arxanızda hər zaman “qara qızılı”nı insan kapitalına çevirmək üçün çalışan müstəqil, güclü Azərbaycan dövləti var!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
6
qafqazinfo.az

7Mənbələr