AZ

Sabirabad sakini həmkəndlisini qətlə yetirib - YENİLƏNİB

Sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini 1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Əli Əliyevin rayonun Moranlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Rüstəm Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

10:22

Sabirabad rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gecə Sabirabad rayonunun Moranlı kəndində baş verib.

Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Əli həmkəndlisi 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra başını bədənindən ayırıb.

Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad prokuroluğunda araşdırma aparılır.

Seçilən
9
23
ucnoqta.az

10Mənbələr