AZ

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

“Bu il birinci sinfə qədəm qoyacaq şagirdlərimizin “Konstitusiya və Suverenlik İli”ndə məktəbə başlamaları xüsusilə qürurvericidir.  Bu onların taleyinin ən gözəl başlanğıcıdır. Çünki onlar öz həyatlarını, öz talelərini, cəmiyyətlərini, ölkələrini öz əlləri ilə quracaqlar, yaradacaqlar, yaşadacaqlar”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli 151 nömrəli tam orta məktəbdə keçirilən “Bilik günü” tədbirində deyib. 

O bildirib ki, bu il 70 min müəllimin əməkhaqqısı artırılıb: “İldən-ilə məktəblərimizin nəticələrinin, uğurlarının artdığını görürük. 151 nömrəli məktəb nəticələrinə görə, Nəsimi rayonu üzrə 4-cü yerdədir. Bu nailiyyət burada çalışan müəllimlərin, kollektivin zəhmətinin nəticəsidir”.

Seçilən
14
5
tehsil.biz

7Mənbələr