AZ

“Formula 1”ə görə bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 20 marşrutun hərəkət sxemi dəyişdirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)ndən verilənməlumata görə, marşrutlar üzrə dəyişikliklər:

1 nömrəli marşrut (istiqamət: “Neftçilər” m/st) – 28 May küçəsi → Dilarə Əliyeva küçəsi → Kövkəb Səfərəliyeva küçəsi → Neftçilər prospekti → Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə.

46 nömrəli marşrut (istiqamət: “Əhmədli” m/st) – 28 May küçəsi → Dilarə Əliyeva küçəsi → Kövkəb Səfərəliyeva küçəsi → Neftçilər prospekti → Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə.

H1 nömrəli marşrut (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) – 28 May küçəsi → Dilarə Əliyeva küçəsi → Kövkəb Səfərəliyeva küçəsi → Neftçilər prospekti → Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə.

2 nömrəli marşrut (istiqamət: “Dərnəgül” m/st) – Dilarə Əliyeva küçəsi → Kövkəb Səfərəliyeva küçəsi → Neftçilər prospekti → Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə.

4 nömrəli marşrut (istiqamət: “Xətai” m/st) – Azadlıq prospekti → Dilarə Əliyeva küçəsi → Kövkəb Səfərəliyeva küçəsi → Neftçilər prospekti → Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə.

5 nömrəli marşrut – iki istiqamət üzrə:

• “Nəriman Nərimanov” m/st → Süleyman Rəhimov küçəsi;

• Salyan şosesi → Bibiheybət məscidi → Bakı Funikulyoru (Bəhram Gur heykəli).

6 nömrəli  marşrut – iki istiqamət üzrə:

• “Azadlıq prospekti” m/st → Axundov bağı

• 20-ci Sahə → Bəhram Gur heykəli.

10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: “İçərişəhər” m/st) – Şeyx Şamil küçəsi → Lermontov küçəsi → Bünyad Sərdarov küçəsi (son dayanacaq).

20, 88A və 120E nömrəli  marşrutlar – Kövkəb Səfərəliyeva küçəsi ilə hərəkət edəcək, əks istiqamətdə isə Xocalı prospekti → Yusif Səfərov küçəsi → 28 May küçəsi ilə hərəkət edəcək.

61 nömrəli marşrut (istiqamət: Mərkəzi Bank) – Səməd Vurğun küçəsi → Şəmsi Bədəlbəyli küçəsi → Rəşid Behbudov küçəsi (son dayanacaq).

65 nömrəli marşrut (istiqamət: “İçərişəhər” m/st) – Murtuza Muxtarov küçəsi → Əhməd Cavad küçəsi → Azərbaycan prospekti (son dayanacaq).

88 nömrəli marşrut (istiqamət: “28 May” m/st) – Azadlıq prospekti → Füzuli küçəsi (son dayanacaq).

125 nömrəli  marşrut (istiqamət: “28 May” m/st) – Lökbatan dairəsi → Bakı Dairəvi yol → Mikayıl Müşfiq küçəsi → Badamdar dairəsi → Mikayıl Müşfiq küçəsi → Abdulla Şaiq küçəsi → Mirzəağa Əliyev küçəsi → Şəmsi Bədəlbəyli küçəsi → Süleyman Rüstəm küçəsi (son dayanacaq: “28 May” NMM).

149 nömrəli marşrut – Sahil qəsəbəsi → “Binə” ticarət mərkəzi (“Lökbatan” NMM).

72 və E1 marşrutlarının fəaliyyəti müvəqqəti dayandırılıb.

XQ

Seçilən
37
49
xalqqazeti.az

10Mənbələr