AZ

“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirildi

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azərlotereya" ASC-nin birgə təşkilatçılığı ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladları ilə “Dreamland Baku’’da görüş keçirilib.

Görüş zamanı öncə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azərlotereya"nın nümayəndələri 30-dan çox şəhid övladı ilə səhər yeməyi süfrəsi ətrafında bir araya gəliblər.

Birliyin sədri Sevinc Alızadə və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş yeni tələbə adını qazanan şəhid övladlarını təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıblar. Təhsil müddəti boyunca hər zaman onları dəstəkləyəcəklərini və yeni uğurlar qazanmaq üçün onların yanlarında olacaqlarını bildiriblər.

Günün davamında iştirakçılar “Dreamland Baku’’da qolf oyunu oynayaraq əyləncəli vaxt keçiriblər.

Görüşün sonunda tələbə şəhid övladlarına hədiyyələr təqdim olunub.

Seçilən
28
9
publika.az

10Mənbələr