AZ

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 Sentyabr – Bilik Günü münasibətilə 33 illik fasilədən sonra, Kəlbəcərdə ilk zəng çalınıb.

"Report"un Kəlbəcərə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, şəhərdə işğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb.

Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib.

Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə ümumtəhsil orta məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə təhsili üçün emalatxana və 70 yerlik yataqxana nəzərdə tutulub. 

Təhsil kompleksinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Məktəbdə Bilik Günü münasibətilə təşkil olunan tədbirdə qeyd edilib ki, 32 il məcburi köçkünlüyün ağır sınaqlarını yaşamış soydaşlarımız bu gün qalibiyyətin bəhrəsini görərək doğma torpaqlarında həyatın yenidən bərqərar olmasına şahidlik edirlər.

"Cebheinfo.az"

Seçilən
8
28
cebheinfo.az

10Mənbələr