Meksikanın cənub-qərbində yerləşən Yukatan ştatında mikroavtobusla yük maşını toqquşub. Dəhşətli qəza nəticəsində 15 nəfərin həyatını itirdiyi bildirilib.
Meksika mətbuatının məlumatına görə, inşaat işçilərini daşıyan mikroavtobus Merida–Kampeçe yolunun 127-ci kilometrində əvvəlcə qarşısında hərəkət edən avtomobilə, daha sonra isə qarşı zolağa çıxaraq yük maşınına çırpılıb.
Qəza nəticəsində 15 nəfər hadisə yerində ölüb, 3 nəfər isə yaralanıb.
Hadisə yerinə cəlb edilən xilasedicilər mikroavtobusda sıxışan sərnişinləri çıxarmaq üçün uzun müddət çalışıblar.
Qəza ilə bağlı araşdırma başlanılıb.