AZ

Pakistan Baş naziri Qətərə səfər edəcək

Pakistan Baş naziri Şahbaz Şərif bu gün Dohada keçiriləcək Ərəb-İslam sammitinin fövqəladə iclasında iştirak etmək üçün Qətərə yola düşəcək.

“İki sahil” bu barədə Pakistanın özəl "Geo News" televiziya kanalına istinadla xəbər verir.

Məlumata görə, Pakistan xarici işlər naziri İshak Dar artıq Qətərə gəlib və nazir səviyyəsində hazırlıq görüşlərində iştirak edəcək.

Xatırladaq ki, Dohada Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı üzvlərinin fövqəladə iclası keçirilir.

Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrinə xarici işlər nazirlərinin qapalı formatda keçirilən fövqəladə iclası İsrailin HƏMAS-ın iqamətgahlarından birinə zərbəsinə həsr olunub. Görüş baş verənlərlə bağlı razılaşdırılmış mövqenin hazırlanmasına yönəlib.

Seçilən
45
1
ikisahil.az

2Mənbələr