I Liqanın yeni mövsümünün ilk turunda "Səbail"lə səfər oyununa gələn "Mingəçevir" kruyoz hadisə ilə üzləşib.
Rekord.az xəbər verir ki, komandanı Bakıya gətirən avtobus yolda xarab olub.
Avtobusun düzəlməsi uzun çəkdiyindən oyundan sonra futbolçuları Mingəçevirə aparmaq üçün başqa avtobus sifariş verilib. Həmin avtobusun gəlməsi də bir qədər uzun çəkincə, futbolçular 1 saata yaxın Bayıl stadionunda gözləməli olub.