AZ

“Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam, bahacılam, orda çəkilməsəm elə yaxşıdır” - FOTO+ÖZƏL

“Deyirlər ki, 50 il ad qazanırsan, 50 ildən sonra ad sənə işləyir. İndi adımın mənə işləyən vaxtıdır. Film və seriallardan çox təkliflər olur. Elə nüanslar var ki, hərdən razı qalmıram, istəmirəm və fikrimi açıq şəkildə deyirəm. Bu qədər. Hal-hazırda Elxan Cəfərovun tarixi bir filmində çəkilirəm. Əfsanəvi bir filmdir. 2 seriala da dəvət almışam, danışıqlar gedir. Görək İnşallah. Mən düşünmürəm ki, mütləq çəkilməliyəm, mütləq gündəmdə olmalıyam. Bunun əleyhinəyəm. Çünki ürək vurmaq məsələsi də var. Nə qədər gözəl olsan da, ortada oldunsa ürəkləri vurursan. Ondansa həm özün ac olursan, həm də tamaşaçıları ac saxlayırsan. O zaman sən maraqlı olursan. Bu mənada mən hər şeyə getmək istəmirəm”.
 
Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının akyoru, Əməkdar artist Füzuli Hüseynov deyib. O daha sonra həmkarlarının onun yolunu kəsdiyini bildirib:
 
“Bir də film və seriallara çəkilməməyimin başqa səbəbləri var. Bizim həşərat dediyimiz kolleqalarımız gedib oradakı rejissorlara min dənə söz deyirlər. Deyirlər ki, guya özümdən razıyam, bahacılam, ay beləyəm, ay eləyəm. Məqsədləri də odur ki, mən çəkilməyim, özlərinə yer etsinlər. Mən də heç bundan incimirəm, küsmürəm. Çünki hər hansısa rejissor, ssenarist kiminsə sözünü eşidib, mənim özümü danışdırmadan, görüşmədən qərar verirsə onun filmində, serialında mən çəkilməsəm yaxşıdır” deyə o bildirib.
Aktyor “hansı biznesi yaxşı bacararısınız?” sualına belə cavab verib:
 
“Bacarmadığım biznes yoxdur. Sadəcə nə iş görürsənsə, onu ürəkdən, içdən etmək lazımdır. Bu zaman gördüyün hər bir iş çox gözəl alınır və əvvəl-axır sənə çörək qazandırır” deyə o bildirib.
Seçilən
41
1
moderator.az

2Mənbələr