AZ

NATO ya xəbərdarlıq: Zarafat etmirik, yoxlamayın! Lukaşenko

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Ölkəyə birbaşa təhlükə yaranarsa, hər kəsə cavab veriləcək! Biz bunun üçün bütün lazımi vasitələrə sahibik”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, NATO, xüsusilə Polşa və Baltikyanı ölkələrin qeyri-dost siyasəti açıq-aşkar aqressiv xarakter alır:

“Onlar sözdən əmələ keçsələr, zarafat olmaz. Təcavüzkara zərər vurmaq üçün bizdə lazım olan hər şey var. Yoxlamağı məsləhət görmürəm. Təəssüf ki, qonşulamızı biz yox, Allah seçir. Biz hamıya yaxşı qonşular kimi yaşamağı təklif edirik, lakin sərhədyanı ölkələr bunu istəmir”.

Qeyd edək ki, bundan əvvəl NATO Rusiya və Belarus sərhədlərinə yaxın təyyarələrin və hava hücumundan müdafiə sistemlərinin köçürülməsini nəzərdə tutan “Şərq Sentinel” əməliyyatının başladığını elan edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
globalinfo.az

1Mənbələr