AZ

Kirkin öldürülməsi Ağ Evi qorxuya salıb: Konqresdən 58 milyon dollar istədilər

Tramp administrasiyası Konqresdən Çarli Kirkin öldürülməsindən sonra hökumətin icra və məhkəmə qollarının üzvlərini qorumaq üçün əlavə 58 milyon dollar təhlükəsizlik maliyyəsi ayırmağı xahiş edir.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Keçən həftə Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, konqres liderləri Konqres üzvləri üçün təhlükəsizlik tədbirlərini nəzərdən keçirirlər.

Keçən həftə sağçı fəal və Trampın müttəfiqi Çarli Kirk Yuta Universitetində bir tədbirdə çıxış edərkən güllələnərək öldürüldü və bir şübhəli həbs olundu. “The Guardian” qeyd edir ki, atəş açan şəxsin motivləri qeyri-müəyyən qalsa da, mühafizəkarlar qəzəb və narahatlıqlarını ifadə edərək, Kirkin qətlində liberalları və solçu fəalları günahlandırıblar.

Bildirilir ki, son illərdə ABŞ-da siyasi zorakılıq artmaqdadır.

Seçilən
41
4
publika.az

10Mənbələr