Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Naxçıvan şəhər Məhkəməsinin hakimi Aslan Heydərov universitet müəllimi Aysel Quliyevaya qarşı sifarişli işi icraata götürməkdən imtina edib.
Gununsesi.info xatırladır ki, ötən həftədə də məhkəmənin digər hakimi Gülsüm Əliyeva həmin işə baxmaqdan imtina etmişdi.
Söhbət NDU rəhbərliyinin müəllim Aysel Quliyevanı demədiyi sözə görə məhkəməyə verməsindən gedir. Hakim Aslan Heydərov da məhz bu məqamı əsas gətirərək, işi icraata götürməkdən imtina edib. O, qərarını bu cür əsaslandırıb:
„… şikayətçinin təhqir hesab etdiyi “Gündəlik Naxçıvan” səhifəsindəki yazıların məhz şikayət olunan şəxs (red.: Aysel Quliyeva) tərəfindən yazılmasını təsdiq edən sübutlar şikayətə əlavə edilməmişdir.“
İcraata götürülməyən bu absurd şikayəti tərtib edən isə şikayətçinin müdafiəçisi, Naxçıvan Vəkillər Kollegiyasının sədri Vüsal Həsənovdur. “Gündəlik Naxçıvan” yazır ki, p, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.