AZ

Diplomatiyanın dəyəri: Trampın xüsusi nümayəndəsi biznesini rekord məbləğə satdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Trampın sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff özünün "Witkoff Group" şirkətindəki payını 120 milyon dollara satıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi maliyyə bəyannaməsinə istinadla məlumat yayıb.
Bildirilir ki, Uitkoff bu addımı administrasiyadakı vəzifəsi ilə sahibkarlıq fəaliyyəti arasında mümkün maraqlar toqquşmasından yayınmaq üçün atıb. Sözügedən bəyannamə avqust ayında təqdim edilib. Sənəddə xüsusi nümayəndənin vəzifəyə başlama tarixi 30 iyun kimi göstərilib.
"Bloomberg"in məlumatına əsasən, Uitkoffun ümumi aktivləri 350 milyon dollardan çoxdur. Onun sərvətinə "SpaceX", "Cisco Systems" və "Uber Technologies" şirkətlərindəki payları da daxildir.
Bununla yanaşı, Uitkoff bəyannamədə 31 milyon dollardan artıq borcunun olduğunu da göstərib. Bu məbləğin əsas hissəsinin təyyarə alışı üçün götürülmüş kreditlərlə bağlı olduğu bildirilir.
Seçilən
76
2
oxu.az

10Mənbələr