AZ

Rusiya səfiri Rumıniya XİN-ə çağırıldı


Rusiyanın Rumıniyadakı səfiri Vladimir Lipayev ölkənin hava məkanının Rusiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulması ilə bağlı xəbərlərdən sonra Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Yeniavaz.com
AFP agentliyinə istinadla xəbər verir ki, bu barədə Rumıniya XİN bəyanat yayıb.
“Rumıniya tərəfi ölkənin suverenliyinin pozulmasını təşkil edən bu qəbuledilməz və məsuliyyətsiz hərəkətə öz kəskin etirazını bildirib”, - bəyanatda bildirilib.
Bəyanatda həmçinin bildirilib ki, Rusiya ölkənin hava məkanının növbəti dəfə pozulmasının qarşısını almaq üçün dərhal bütün lazımi tədbirləri görməlidir.
Seçilən
40
5
yeniavaz.com

6Mənbələr