BAKI, 15 sentyabr. TELEQRAF
2024-cü il ərzində SOCAR üzrə qaz hasilatı 7718,1 milyon kubmetr olub.
Teleqraf şirkətin ötən il üzrə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə “AÇG” yatağından 13409,1 milyon kubmetr, “Şah Dəniz” yatağından 27772,9 milyon kubmetr, “Abşeron” yatağından isə 1527,9 milyon kubmetr qaz hasil edilmişdir.
2025-ci ilin 1 yanvar tarixinə SOCAR üzrə istismarda olan quyu fondu 7610 quyu (o c. 129 qaz quyusu), fəaliyyətdə olan quyu fondu 5715 quyu (o cümlədən 83 qaz quyusu) təşkil edib.