AZ

Zaur İbrahimli: “Qafqaz İslam Ordusu Bakını azad etməklə tarixi dəyişdi”

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Zaur İbrahimli QHT.az-a açıqlamasında bildirib ki, 107 il əvvəl Bakının rus-bolşevik və erməni-daşnak işğalından azad edilməsi təkcə hərbi-siyasi qələbə deyil, həm də tarixi dəyişdirən geosiyasi sıçrayış olub.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, bu uğur süqut etməkdə olan Osmanlı səltənətinin son böyük nailiyyətlərindən biri kimi yadda qalıb:

“Qafqaz İslam Ordusunun Azərbaycandakı zəfəri Osmanlı ordusunun I Dünya Müharibəsində qazandığı üç böyük qələbədən biridir. Digərləri Çanaqqala və Selman Pak döyüşləridir. Bu qələbə Cənubi Qafqazda Türk-müsəlman varlığını, Azərbaycan dövlətçiliyini gələcəyə daşıdı. Rus-erməni işğalı planlarını alt-üst edərək bölgəmizin gələcəyi üçün mühüm zəmanətlər yaratdı.”

Zaur İbrahimli qeyd edib ki, bu tarixi hadisə həm də Azərbaycan xalqının azadlıq və dövlətçilik yolunda mühüm mərhələ olub:

“Allah bütün türk-azərbaycanlı şəhidlərinə, Nuru Paşaya rəhmət eləsin! Ruhları şad olsun!”

 

Pərvanə Fərhadqızı

Seçilən
32
qht.az

1Mənbələr