AZ

Azərbaycanda bu avtomobillər kəskin bahalaşacaq: Tarix açıqlandı

“Ölkəyə idxal edilən avtomobillərlə bağlı güzəştlər Vergi Məcəlləsində edilən dəyişikliklərlə reallaşmışdı və güzəşt müddəti üç il olduğuna görə 2026-cı ilin yanvarın birində başa çatır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, hələlik güzəşt müddətinin uzadılıb-uzadılmaması növbəti ay bəlli olacaq:

“Çünki hər il biznesdən gələn təkliflər və çağırışlara uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilir. Vergi Məcəlləsinə dəyişikliklər layihəsi təqdim olunduqdan sonra güzəşt müddətinin uzadılıb-uzadılmaması dəqiqləşəcək.

Seçilən
12
4
publika.az

7Mənbələr