AZ

Azərbaycanın ərazi bütövlüyünü tanıdım ki...-Paşinyan etiraf etdi

Mən Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdım.

XəzərNews.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan sentyabrın 15-də “Hərtərəfli Təhlükəsizlik və Qarşıdurma – 2025” beynəlxalq konfransında deyib.

"Sadəcə başqa yol yox idi", - Paşinyan əmin edib. Onun sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-də Vaşinqtonda paraflanan sülh sazişi ilə daha da möhkəmlənib.

"Bu sənəd kifayət qədər qiymətləndirilmir. Mən belə hesab edirəm ki, bu, Ermənistan və Azərbaycan arasında hər iki ölkə tərəfindən ratifikasiya edilmiş və hüquqi qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənəddir", - baş nazir bildirib.

O, həmçinin qeyd edib ki, hakimiyyətin xarici mühitlə bağlı hərəkətləri müstəsna olaraq təhlükəsizliyin legitimliyi strategiyası ilə müəyyən edilir.

Nuray Zahidqızı

Xəbər 3 dəfə oxunub.
Seçilən
19
1
xezernews.az

3Mənbələr