Türkiyənin Aydın bölgəsinin Sultanhisar rayonunda orta məktəb şagirdlərini daşıyan mikroavtobusun uçurumdan yuvarlanması nəticəsində dördü şagird olmaqla 5 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.
Atça Şehit Ufuk Demirkıran Peşə və Texniki Anadolu Liseyinin şagirdlərini daşıyan tələbə avtobusu Uzunlar məhəlləsi yaxınlığında dərəyə aşıb.
Sürücü və 4 şagird qəzada yaralanıb.
Təcili yardım maşını ilə Nazilli Dövlət Xəstəxanasına çatdırılan yaralıların səhhətinin yaxşı olduğu bildirilib.
QAZİLER.AZ