AZ

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla qardaşlığın sarsılmaz olduğunu bəyan edib

Ankara, 15 sentyabr, AZƏRTAC

Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanıb.

“Qafqaz İslam Ordusunun şəhid və qazilərinin xatirəsini dərin ehtiramla yad edirik. Bu əlamətdar gündə Azərbaycandakı qardaşlarımızı ürəkdən təbrik edirik. Biz 107 il əvvəl olduğu kimi, bu gün də Azərbaycanı dəstəkləmək, qardaş Azərbaycan türkləri ilə vahid bir ürək, bir yumruq olmaq əzmindəyik", -deyə Türkiyə Müdafiə Nazirliyinin paylaşımında deyilir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
38
3
azertag.az

5Mənbələr