AZ

İcma: Qərbi Azərbaycan TV-nin adından yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə yer verilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir sıra saytlarda Qərbi Azərbaycan İcması (QAİ) və Qərbi Azərbaycan TV ilə bağlı həqiqətə uyğun olmayan məlumat dərc edilib.
Oxu.Az xəbər verir ki, bu barədə QAİ məlumat yayıb.
Bildirilib ki, həmin yazıda ictimaiyyətə yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə yer verilib:
"Yazıda adıkeçən "Qərbi Azərbaycan İcması (TV)" adlı heç bir təşkilat mövcud deyil. Burada məqsədli şəkildə ad təhrif olunaraq, icma ilə bağlı olmayan səhifələr üzərindən çaşqınlıq yaratmağa cəhd edilir. Qərbi Azərbaycan TV yayımlarında icmanın rəsmi loqosundan istifadə edir. Təəssüf ki, sosial şəbəkələrdə eyni adda, lakin rəsmi olmayan səhifələr mövcuddur və həmin saytlar da mənbəni araşdırmadan o səhifənin paylaşımını əsas götürərək ictimaiyyəti yanlış məlumatlandırıb".
QAİ belə süni münaqişələrə cəlb olunmasını yolverilməz hesab etdiyini vurğulayıb:
"Bu kimi addımlar həm ictimai rəyə zərər vurur, həm də milli maraqlarımıza xələl gətirir. Ona görə də media qurumlarını məsuliyyətli olmağa, milli maraqlara zərbə vuran təhriflərdən və yanlış təqdimatlardan çəkinməyə çağırırıq.
Qərbi Azərbaycan İcmasının mövqeyi aydındır: biz milli birliyimizi zəiflədən, məqsədli şəkildə qarışıqlıq yaradan hər hansı addımı qətiyyətlə pisləyirik. Rəsmi məlumat və xəbərlər yalnız Qərbi Azərbaycan İcmasının təsdiqlədiyi kanallar və səhifələr vasitəsilə yayımlanır".
Seçilən
62
20
oxu.az

10Mənbələr