Bakı. Trend:
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzitərəfindən Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarınıniştirakı ilə qanunsuz balıq ovuna qarşı reydlər davametdirilir.
Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, 2025-ci il 10 sentyabr tarixində Qaradağrayonunda yerləşən Heydər Əliyev adına Dərin Özüllər Zavoduyaxınlığında yerləşən ərazidə keçirilmiş reyd zamanı balıqovlamabileti olmadan qanunsuz balıq ovlayan vətəndaşlar Elşən Əliağa oğluHəmzəyev və Mehman Xəlil oğlu Babayev müəyyən edilərək barələrindəqanunvericiliyə uyğun tədbirlər görülüb.
"Onlardan tor vasitəsilə qanunsuz ovlanmış 1873 ədəd krevetgötürülərək müvəqqəti saxlanması üçün Su Nəqliyyatında Polisİdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilib.
Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarınınqorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiqdövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərininhəyata keçirilməsi davam etdiriləcək.
İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovuqadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanunitədbirlər görüləcəkdir",- deyə əlavə edilib.