AZ

Çox arıqlayıb, ləng hərəkət edir Kadırova nə olub?

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya və Çeçenistan mediası Çeçenistan lideri Ramzan Kadırovun səhhətinin pisləşməsi barədə məlumat yayıb.

Milli.Az xəbər verir ki, rusiyalı jurnalist İrina Mişina qeyd edir ki, onun vəziyyəti çəkildiyi son videolarda qorxulu görünür. Kadırov nəzərəçarpacaq dərəcədə arıqlayıb və ləng hərəkət edir. Onun sözlərinə görə, Qroznıdakı mənbələr ciddi böyrək problemləri ilə bağlı məlumatı təsdiqləyir. İddialara görə, siyasətçiyə nefrostomiya(sidik axıdılması üçün xüsusi drenaj sistemi) əməliyyatı edilib.

Mənbələrin məlumatına əsasən, bu vəziyyətdə Kadırov faktiki olaraq respublikanın idarəçiliyindən kənarda qalıb. Əsas funksiyaları Çeçenistan hökumətinin başçısı Maqomed Daudov öz üzərinə götürüb, güc strukturlarının isə ehtimal ki, Kadırovun oğlu Adamın nəzarətinə keçəcəyi bildirilir.

 

Fidan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
news.milli.az

2Mənbələr