AZ

ATMU da bilik günü

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində 2025/2026-cı tədris ilinin başlanması və 15 sentyabr – Bilik Günü  münasibətilə tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən bildiriblər ki, toplantıda öncə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib və sonra  ATMU-nun rektoru İlham Mədətov “Bilik günü” münasibətilə tələbələri təbrik edib. Rektor ATMU-nun ölkənin ali məktəbləri arasında bir sıra nailiyyətlərə imza atdığını, turizm ixtisası üzrə kadr hazırlığını həyata keçirən ilk ixtisaslaşmış dövlət ali təhsil müəssisəsi olduğunu, turizm ixtisası üzrə beynəlxalq ikili diplom proqramının mövcudluğunu, tədrisin ixtisaslı və praktik biliklərə sahib mütəxəssislər tərəfindən aparıldığını, tələbələrə xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanının yaradıldığını gənclərin diqqətinə çatdırıb.

İ.Mədətov tələbələrə ATMU-da yaradılan təhsil-təcrübə imkanlarından lazımınca faydalanmağı tövsiyə edib. ATMU-nun tələbəsi adını qazanan gənclərə təhsil uğurları arzulayıb.

Daha sonra universitetin sosial menecment fakültəsinin sosial iş ixtisasına ən yüksək balla qəbul olan Aysel Seyfullayeva sevincini tələbələrlə bölüşüb. 

Sonda 2025/26-cı tədris ilində ATMU-ya yüksək balla qəbul olan ixtisas birincilərinə təltifnamələr və hədiyyələr təqdim olunub.

Z.HüseynovaXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
38
xalqqazeti.az

10Mənbələr