AZ

Baqir Əmirxanlı ilə bağlı qalmaqal səngimir Boksçunun atası baş məşqçini ittiham edir

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Boks üzrə Azərbaycan çempionu olan oğlum Baqir Əmirxanlı qərəzli münasibət nəticəsində Avropa çempionatına aparılmır”.

Bunu Fanat.az-a boksçu Baqir Əmirxanlının atası Şahin Əmirxanlı deyib. 

Şahin Əmirxanlının sözlərinə görə, oğlu bir çox beynəlxalq yarışların mükafatçısı və qalibi, 2022 və 2024-cü ildə yeniyetmələr, 2025-ci ildə isə gənclər arasında böyük üstünlüklə Azərbaycan çempionu olub:

“Baqir Əmirxanlı həm daxili yarışlarda, həm də beynəlxalq turnirlərdə özünü sübut etmiş peşəkar və perspektivli idmançıdır. O, 2022-ci ildə Azərbaycan çempionu olduqdan sonra 14 yaşında ilk dəfə iştirak etdiyi Avropa çempionatında Azərbaycana bürünc medal qazandırıb. Həmçinin 2024-cü ildə gənclər arasında Rumıniyada keçirilən beynəlxalq “Drakula” turnirində aralarında dünya mükafatçılarının da olduğu bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Oğlumun ardıcıl iki il Azərbaycan çempionu olmasına baxmayaraq, Avropa çempionatına başqa idmançılar göndərilib. Bu titula hörmətsizlik etməklə oğlumun layiq olduğu beynəlxalq təmsilçilik hüququndan kənarda qalması ilə nəticələnib”.

Şahin Əmirxanlı bu məsələdə boks üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Elbrus Rzayevi ittiham edir. Onun sözlərinə görə, baş məşqçi yalnız öz tələbələrinə üstünlük verir. Nəticədə istedadlı boksçular beynəlxalq yarışlardan kənarda qalır. 

Baqir Əmirxanlının məşqçisi İlkin Seyfəddinov da məsələ barədə açıqlama verib. Onun açıqlaması “Tik-tok” platformasında “Mr.Boxer” səhifəsində yayımlanıb. 

İlkin Seyfəddinov tələbəsinin kifayət qədər istedadlı boksçu olduğunu bildirib. Məşqçi Baqir Əmirxanlının Avropa çempioantından kənarda saxlanılmasına təəssüf etdiyini bildirib: “Bizim əsas istəyimiz odur ki, Baqir Əmirxanlı ilə bağlı ədalətli qərar verilsin və belə istedadlı gənclərimiz həvəsdən düşməsin. Baqir elə boksçudur ona hər yerdən təklif gəlir. Amma biz istəyirik ki, Baqir Azərbaycanı təmsil etsin. Baqirə bu cür münasibət digər boksçulara da mənfi təsir edir. Həmçinin məşqçi kimi məni də işimdən soyudur. Biz əziyyət çəkib yetişdirirk sonra da qarşısını alırlar”.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
fanat.az

2Mənbələr