AZ

Paşinyan: “Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub”

Sitat.info portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi indiyə qədər olduğundan daha təhlükəsiz vəziyyətdədir.Sitat.info  xəbər verir ki, Paşinyan “Kompleks Təhlükəsizlik və Dayanıqlılıq 2025” beynəlxalq konfransında çıxış edərkən deyib:

“Bu gün Ermənistan heç vaxt olmadığı qədər müstəqil, suveren və təhlükəsizdir. Azərbaycanla arasında sülh artıq bərqərardır. İndi qarşıda duran vəzifə yalnız indiki dövr üçün deyil, gələcək yüzilliklər üçün də təhlükəsizliyi təmin edən qərarlar qəbul etməkdir”, – Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, “bu gün bizə xəyanətkar kimi baxa bilərlər, amma yüz və ya yüz əlli il sonra Ermənistanda dövlətçilik qorunacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
sitat.info

3Mənbələr