AZ

Avropalıların Çin avtomobilinə marağında cəmi 1 amil üstündür

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropalıların Çin avtomobilinə marağında cəmi 1 amil üstündür

Çin istehsalı olan avtomobillərin əksər ölkələrin bazarında payını genişləndirməsi Polişinelin sirridir. Lakin bu genişlənmənin spesifikası regionlara görə dəyişir.

Avtosfer.az xəbər verir ki, Eskalent analitik qrupunun son rəy sorğusu avropalıların 47 faizinin Çin avtombili almağa razı olduğunu göstərir. Bir il əvvəlki rəy sorğusunda isə avropalıların cəmi 31 faizi belə bir seçim etməyi düşünürdü.

Bununla belə, rəy sorğusu zamanı məlum olub ki, avropalılar ənənəvi olaraq Qərb markalarına etibar edirlər. Çin avtomobillərini onlar üçün cazibədar edən başlıca amil qiymətdir. 

Hazırda Avropa bazarında satılan hər 20 avtomobildən biri Çində istehsal edilib. Başqa sözlə, bazarın cəmi 5 faizi. Rəqəm kiçik görünə bilər, lakin il ərzində ikiqat artım qeydə alınıb.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
avtosfer.az

2Mənbələr