AZ

Oğuzda yol qəzasında 2 nəfər xəsarət alıb

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. 1981-ci il təvəllüdlü Qəbələ rayon sakini Renald Mikailovun idarə etdiyi "VAZ 2109" markalı avtomobil darəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəzada sürücü və avtomobildə olan sərnişin 1955-ci il təvəllüdlü Ərkinaz Abdulxəlilova xəsarətlər alıblar. Onlar Qəbələ xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
27
2
cebheinfo.az

3Mənbələr