AZ

“Formula-1” Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb - FOTOLAR

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin startından əvvəl Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyət göstərir.

Yarışa hazırlıqlar plana uyğun davam edir.

Azərbaycan Qran-prisinin təşkilinə cəlb olunacaq əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri akkreditasiya vəsiqələri və uniformalarını Milli Gimnastika Arenasındakı mərkəzdən əldə edə bilərlər.

Uniforma və Akkreditasiya Mərkəzinə 140-dan çox könüllü cəlb edilib. Mərkəz fəaliyyət göstərdiyi müddətdə onlar qeydiyyat, akkreditasiya vəsiqələrinin hazırlanması, uniformaların verilməsi və sair rişləri yerinə yetirəcəklər. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

"Cebheinfo.az"

Seçilən
62
1
cebheinfo.az

2Mənbələr