AZ

Rusiyanın bu addımı Azərbaycan üçün risk və təhlükədir SENSASİON MƏQAMLAR KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya son illərdə pilotsuz uçuş aparatlarının (PUA) istehsalını kəskin şəkildə artıraraq regiondac Bəs, bu inkişaf postsovet məkanında, xüsusilə Cənubi Qafqazda hansı yeni təhlükəsizlik çağırışları yarada bilər?

Politoloq Polad Mehdiyev KONKRET.az-a açıqlamasında bildirib ki, Moskva bu sahədə sürətli irəliləyiş əldə etsə də, hələ tam texnoloji müstəqillikdən uzaqdır.

Onun sözlərinə görə, 2024-cü ildə Rusiyada PUA istehsalı əvvəlki ilə nisbətən 2,5 dəfə artıb, 2025-ci ildən isə ayda təxminən 2.700 dron istehsalı həyata keçirilir. Bu, xüsusilə uzun mənzilli kamikadze tipli aparatların, İran texnologiyasına əsaslanan “Şahed/Geran” dronlarının daha geniş miqyasda tətbiqinə şərait yaradıb.

“Dron hücumlarının intensivliyi, gecə vaxtı çoxsaylı aparatların eyni anda istifadəsi kimi taktiki yeniliklər də bu artımın nəticəsi olaraq ortaya çıxır. Rusiyanın bu istiqamətdə sürətli irəliləyişi onu mühüm “dron gücü” statusuna gətirib çıxarıb. Lakin “dron imperiyası” ifadəsini işlətmək hələ tezdir. Çünki istehsal prosesində Moskva hələ də xarici komponentlərdən asılıdır və yüksək dəqiqlikli avadanlıq qıtlığı mövcuddur”, – deyə Mehdiyev vurğulayıb.

Ekspertin fikrincə, Rusiyanın PUA istehsalındakı artım postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda yeni təhlükəsizlik çağırışları yaradır. Azərbaycanın maraqları baxımından əsas risk enerji və nəqliyyat infrastrukturlarının , BTC neft kəməri, Cənubi Qafqaz qaz kəməri və Ələt limanının potensial hədəfə çevrilməsidir.

“Buna qarşı Azərbaycan hava hücumundan müdafiə sistemlərini gücləndirməli, yeni texnologiyalara yatırım etməli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməlidir. Rusiyanın “dron gücü” statusu ölkəmiz üçün həm risk, həm də strateji çağırış deməkdir”, – politoloq əlavə edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
konkret.az

2Mənbələr