“Italiana Petroli” İtaliyanın ən böyük yanacaqdoldurma məntəqələrindən birinə nəzarəti təmin edəcək sövdələşmə çərçivəsində neft emalı zavodunu SOCAR-a satmağa yaxındır.Bu barədə “Reuters” məlumat yayıb.Mənbələrin sözlərinə görə, son anda dəyişikliklər baş verməsə, müqavilənin bazar ertəsi imzalanması gözlənilir.Mənbələr sövdələşmənin maliyyə şərtlərinin təfərrüatlarını açıqlamayıblar.Bildirilir ki, italiyalı Bracchetti-Peretti ailəsi şirkəti təxminən 2,5 mlrd. avro dəyərində qiymətləndirməyə ümid edir. Şirkətin hesablarında 500 mln. avroya yaxın nağd vəsait mövcuddur. (APA)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta